Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliya hökuməti təbiətin bərpasına 35 milyon dollar ayırıb

Avstraliya hökuməti təbiətin bərpasına 35 milyon dollar ayırıb

Avstraliya federal hökuməti meşə yanğınlarından sonra qitədəki flora və faunanı bərpa etmək məqsədilə təqribən 35 milyon dollar vəsait ayırıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, bu barədə Avstraliya Ətraf Mühitin Mühafizəsi naziri Susan Ley öz “twitter” mikrobloqunda məlumat verib.
Nazir, həmçinin bildirib ki, vəsaitlərin bir hissəsi elm adamlarının, ekoloqların və ictimai təşkilatların işlərini dəstəkləməyə sərf olunacaq.
Qeyd edilir ki, hadisə nəticəsində 27 nəfər ölüb və 2 mindən çox insan evsiz qalıb.
Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya Nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğın bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

13 2020 23:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə