Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Robot-jurnalist hazırlanır

Robot-jurnalist hazırlanır

Belarusda süni intellekt hesab edilən robot-jurnalist hazırlanır. Bu barədə ­BELTA agentliyi məlumat yayıb. 

Mənbə yazır ki, “HostFly.by” hosting provayderinin rəhbəri Aleksandr Xmıl Belarusda insan müdaxiləsi olmadan həmsöhbətlərə suallar verə biləcək və cavablara əsaslanan mətnlər hazırlayacaq süni intellektin artıq sınaqdan keçirildiyini açıqlayıb. Bildirilir ki, robot-jurnalist ilk olaraq yerli nəşrlərin birində fəaliyyət göstərəcək.
Qeyd edilir ki, süni intellekt həmsöhbətini qiymətləndirəcək və müəyyən bir şəxs haqqında məlumatlara əsaslanan suallar yarada biləcək. Eyni zamanda, robot-jurnalist həmsöhbətin psixoloji qiymətləndirməsini aparmaq və ona emosional reaksiya verəcək sualları seçmək iqtidarında olacaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

13 2020 23:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Yanvar 2020 | 16:13
Qazax: qapını döyən var...

Köhnə versiyamızdan xəbərləri izlə