• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Folklorşünas alimin 10 cilddən ibarət əsərlərinin birinci cildi çapdan çıxıb

Folklorşünas alimin 10 cilddən ibarət əsərlərinin birinci cildi çapdan çıxıb

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin 10 cilddən ibarət əsərlərinin birinci cildi işıq üzü görüb.

www.science.gov.az saytı yazır ki, "Romantizmin nəzəriyyəsi" adlı birinci cildin elmi redaktoru və "Ön söz"ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi isə fil.ü.f.d., dos. Fidan Qasımovadır. 

Birinci cilddə XX əsr Azərbaycan romantikləri Məhəmməd Hadinin, Hüseyn Cavidin, Abbas Səhhətin, Abdulla Şaiqin ədəbi-nəzəri görüşlərinin təhlilinə həsr edilmiş tədqiqatlar yer alıb. Bundan başqa, Azərbaycan romantiklərinin dünyagörüşünün formalaşması, romantik ədəbiyyat və sənətkar problemi, romantiklərin yaradıcılığının folklorla əlaqələri geniş araşdırılıb.

Romantiklərin bədii yaradıcılıqları ilə ədəbi-nəzəri görüşləri arasındakı vəhdətin aşkara çıxarılması tədqiqatın əsas elmi nəticəsi kimi dəyərləndirilib. Müəllifin romantizmin nəzəriyyəsinə dair araşdırmaları birinci cildə həm Azərbaycan, həm də rus dillərində daxil edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 2018 10:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin