Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllı və Göyçayda diri heyvanların satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb

İsmayıllı və Göyçayda diri heyvanların satışı bazarlarında dezinfeksiya tədbirləri aparılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsinə zərurət yaranıb və bununla əlaqədar rayonların icra hakimiyyəti başçılarına müraciət ünvanlanıb. Bu müraciətlə əlaqədar İsmayıllı və Göyçay rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilib.

Kənd təsərrüfatı heyvanları və quşları arasında bir çox infeksion xəstəliklərin baş verməsində və yayılmasında heyvan bazarları mühüm rol oynayır. Xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan heyvanların bazarlara toplanması, satılması, yaxud xəstə heyvanlardan alınan heyvan məhsullarının zərərsizləşdirilməmiş halda bazarda satılması bir çox qorxulu xəstəliklərin baş verməsi və yayılmasında əsas amillərdən biridir.

Bu səbəbdən şəhər, qəsəbə, rayon miqyasında olan bütün heyvan toplanan yerlərdə, xüsusilə heyvan bazarlarında baytarlıq-sanitariya tədbirlərinin sistematik sürətdə həyata keçirilməsinə fikir verilməlidir. Heyvan toplanan yerlər ciddi mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya edilməlidir.

Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun icra edilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 2018 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin