Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regional Toxum Sertifikatlaşdırma mərkəzlərində monitorinqlər keçirilir

Regional Toxum Sertifikatlaşdırma mərkəzlərində monitorinqlər  keçirilir

Kondisiyaya çatdırılmış buğda və arpa  toxumlarının dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.

Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət  9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq  təsərrüfatlarında  monitorinq həyata keçirib və hazırda bu proses başa çatmaq üzrədir. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyələr  verilib.

Dövlət xidmətinin mütəxəssisləri Bərdə (Bərdə, Ağdam, Yevlax, Goranboy, Tərtər) və Beyləqan (Beyləqan, İmişli, Ağcabədi, Fizuli) Regional Toxum Sertifikatlaşdırma mərkəzlərinin əhatə etdiyi rayonlarda toxumçu fermerlərin iştirakı ilə  toxumçuluq təsərrüfatlarına, toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya çatdırılmasına baxış keçirilib. Kondisiyalı toxumlara baxış zamanı  Bərdə RTSM üzrə 3867 ton (26 təsərrüfatda) Beyləqan RTSM üzrə 2143 ton (22 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından  müvafiq  RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Digər bölgələrdə də monitorinqlər davam etdirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 2018 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin