Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti 27-ci Beynəlxalq Qida Sərgisində

Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti 27-ci Beynəlxalq Qida Sərgisində

Moskvada keçirilən 27-ci Beynəlxalq Qida Sərgisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin nümayəndə heyəti də iştirak edib.

Sərgidə iştirakda məqsəd Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərən şirkətlərlə tanışlıq, Dövlət Aqrar Ticarət Şirkətinin əməkdaşlıq məsələlərinin müzakirəsi, eyni zamanda, analoji məhsulları dünya bazarına çıxaran rəqib ölkələri araşdırmaqdır.

Sərgi çərçivəsində şirkət nümayəndələri rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə məhsul ixracına dair müzakirələr aparıblar. Sərgi zamanı Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi ilə Dövlət Aqrar Ticarət Şirkəti arasında gələcək əməkdaşlıqla bağlı memorandum imzalanması barədə razılıq əldə olunub. Memorandumun yaxın günlərdə imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan ötən il olduğu kimi bu il də Beynəlxalq Qida Sərgisinin rəsmi tərəfdaşı olub. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş etdirilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

22 2018 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin