Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

AZAL-ın prezidenti Cahangir Əsgərov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ilə görüşmüşdür.
Görüş zamanı cari il oktyabrın 30-dan etibarən açılması planlaşdırılan yeni Bakı-Cenevrə-Bakı reysləri ilə bağlı məsələlər müzakirə olunmuşdur. 
Cahangir Əsgərov bildirmişdir ki, Cenevrəyə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və cümə günləri üç xidmət sinfi – VIP Club, Business Class və ekonom sinfində təkmilləşdirilmiş komfortlu oturacaqlara malik “Airbus A319” təyyarələri ilə yerinə yetiriləcək.
Öz növbəsində, səfir bu istiqamətin açılmasına görə AZAL-ın prezidentinə təşəkkür etmişdir. O, həmçinin bu reysin reallaşmasında “Azərbaycan Hava Yolları”na istənilən lazımi köməyi göstərməyə hazır olduğunu vurğulamışdır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, tərəflər sərnişinlərin bu reysə cəlb olunması və turist axının artırılması üçün birgə səylərin gücləndirilməsi, eyni zamanda, hər iki ölkənin turizm rəsmilərinin iştirakı ilə müzakirələri davam etdirmək barədə razılığa gəlmişlər.  

“Xalq qəzeti”

21 2018 23:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Dekabr 2018 | 23:48
ATMU-da anım tədbiri

Ən son xəbərləri səhifəmizdən də izləyin