Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırır, Yeni ilinizi təbrik edirəm. 
Sizi, həmçinin rəhbəri olduğum, irqçilik və ayrı-seçkiliklə mübarizə kimi ümumi məqsəd ətrafında birləşən şəhərlər şəbəkəsinə daxil olan 500-dən çox şəhərin adından təbrik edirəm. 
Qlobal Bakı Forumunda iştirak üçün iki il ərzində ardıcıl olaraq Azərbaycana səfər etməkdən, həmçinin 2020-ci ildə ölkənizə dəvət olunmaqdan şərəf hissi duyuram.
Sizin rəhbərlik etdiyiniz ölkə ildən-ilə inkişaf edərək, dünyanın və bəşəriyyətin taleyi barədə düşünən, sülh və dialoq naminə birgə səy göstərərək mədəni müxtəlifliyə hörmətlə yanaşan çoxsaylı insanların bir araya gəldiyi məkana çevrilib. 
Sizinlə bu ilin mart ayında yenidən görüşmək ümidindəyəm. 
Dərin hörmətlə,

 

Benedetto ZAKÇİROLİ
İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti

9 2020 23:05 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə