Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyan “Aprel dərsləri”ni unutmamalıdır

Paşinyan “Aprel dərsləri”ni unutmamalıdır

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanması ilə bağlı prosesi pozmağa çalışır. Azərbaycan ictimaiyyəti artıq birinci dəfə deyil ki, onun bu qəbildən olan sərsəm və yersiz bəyanatlarını eşidir. 
Bu günlərdə isə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatla çıxış edib və təbii ki, növbəti dəfə özünün səviyyəsizliyini büruzə verib. Bununla bağlı fikirlərini söyləyən Azərbaycan Prezidentinin Mətbuat katibi Azər Qasımov Paşinyanı siyasətdə təsadüfi fiqur, beynəlxalq münasibətlərdən xəbərsiz dövlət adamı kimi xarakterizə edib. Hətta ona xəbərdarlıq edib ki, Azərbaycanın daxili işlərinə çox müdaxilə etsə, hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. 
Paşinyan özünü və Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlunu qəhrəman kimi təqdim etməyə çalışır. Amma Azər Qasımov bildirir ki, Paşinyanın oğlu təmas xəttindən təxminən 50 kilometrlik məsafədə -- Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada əsasən məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil.
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev isə öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycan Silahlı Qüvvələrinin aparıcı hissələrindən biri olduğunu nümayiş etdirdi. 
Biz də, öz növbəmizdə, demək istəyirik ki, Paşinyan birinci Qarabağ müharibəsinin nəticələri ilə çox öyünməsin. Həmin dövrdə havadarları tərəfindən dişinəcən silahlandırılmış Ermənistan güclü dövlətlərin yedəyində silahsız və köməksiz Azərbaycanın torpaqlarını işğal edib. Amma 2016-cı ilin aprelində Azərbaycan Ordusunun cəmi 4 günlük həmləsi zamanı Qarabağ erməniləri hamılıqla qaçmağa üz qoymuşdular. İndi Paşinyan bunun təkrarlanmasınımı istəyir?! İstəyirsə, tələsməsin, o gün uzaqda deyil... 

Nizami SÜLEYMANOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, tarix elmləri doktoru 

 

21 2018 23:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin