Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya şahzadəsi səlahiyyətlərindən imtina edir

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl kral ailəsinin səlahiyyətlərindən imtina etmək qərarına gəliblər. Bu barədə onların “İnstagram” səhifəsində məlumat verilir.

Şahzadə və xanımı bildiriblər ki, kral ailəsindən asılı olmaq istəmirlər, büdcədən maliyyələşməkdən imtina edirlər, işləmək və xeyriyyəçiliklə məşğul olmaq niyyətindədirlər. Sasseks hersoqu və hersoginyası həm Britaniya, həm də ABŞ-da yaşamaq qərarına gəliblər. Bunun üçün onlar artıq Amerikada özlərinə ev də seçiblər.

Britaniya mətbuatının məlumatına əsasən, kraliça II Yelizaveta Harri və Meqanın qərarından qəzəblənib. Belə ki, o, sevimli nəvəsinin bu cür radikal dəyişikliklər barədə ona xəbər verməməyindən narazı qalıb. Gənclər isə hər zaman kraliçanı müdafiə edəcəklərini bildiriblər. Sun qəzeti yazır:  “Kraliça çox kədərlidir, Harrinin atası Uels şahzadəsi Çarlz və böyük qardaşı Kembric hersoqu Uilyam da cox qəzəblidirlər”

Samirə Əliyeva,
“Xalq qəzeti”

9 2020 10:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
10 Fevral 2020 | 12:25
Kevin Konuey vəfat edib
4 Fevral 2020 | 17:42
Kaliforniyada atışma

Köhnə versiyamızdan xəbərləri izlə