Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Merkel Trampla İran və İraq ətrafındakı vəziyyəti müzakirə edib

Merkel Trampla İran və İraq ətrafındakı vəziyyəti müzakirə edib

Almaniya kansleri Angela Merkel və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

"RİA Novosti"nin verdiyi məlumata görə, Almaniyanın Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, kansler Angela Merkel və ABŞ Prezidenti Donald Tramp İran və İraq ətrafında gərgin vəziyyəti müzakirə ediblər. Onlar, həmçinin Liviyadakı hazırkı vəziyyət və bu ölkədə münaqişənin həlli üzrə siyasi səylər barədə danışıblar.

Tərəflər gələcəkdə əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

“Xalq qəzeti”

8 2020 10:46 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə