Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Roma azərbaycanlıları həmrəylik gününü təntənə ilə qeyd ediblər

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Komitənin dəstəyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə gerçəkləşən tədbirdə bu ölkədə yaşayan azərbaycanlılar və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə Koordinasiya Şurasının Roma üzrə əlaqələndiricisi Fərid Abbasov və ölkəmizin İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə çıxış ediblər. Natiqlər bir neçə gündən sonra başa çatacaq 2019-cu ilin yekunlarından, Vətənimizin əldə etdiyi nailiyyətlərdən, İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının məqsəd və planlarından, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən və əhəmiyyətindən danışaraq bütün soydaşlarımızı qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər.

Tədbir bədii hissə ilə davam edib.

 

Samirə Əliyeva,
“Xalq qəze

30 Dekabr 2019 16:25 -

Köhnə versiyamızdan xəbərləri izlə