Ən son xəbərlər
Biz, xaricdə yaşayan azərbaycanlılar ölkəmizi qazandığı uğurları mütamadi olaraq izləyirik. Artıq dünyanın hər yerində Azərbaycanın diaspor təşkilatları yaradılmış və ölkəmizin nailiyyətləri dünyayada təbliğ etməklə məşğuldur.
Mən Londonda yaşayıram. Buradakı azərbaycanlılar bir neçə diaspor təşkilatında birləşmişlər. Londaonda fəaliyyət göstərən və mənim üzvü olduğum Azərbaycan Cəmiyyyəti Avropada tanınan təşkilatlardandır. Bu təşkilat 2000-ci ildə Londonda təhsil alan tələbələr tərəfindən təsis olunub. Ətrafında azərbaycanlıları, ingilislər və digər türkdilli xalqların nümayəndələrini toplayıb.
Qeyri-rəsmi məlumatlara görə, hər il onlarca azərbaycanlı gənc İngiltərəyə bakalavr və təhsili almaq üçü bura üz tutur. Burada yaşayan tələbələrimiz Azərbaycanın İngiltərədəki nüfuzunu artırmağa can atırlar. 2005-ci ildə azərbaycanlı tələbələrin bir araya gəlməsi ilə Azərbaycan Gənclər Klubu təsis edilmişdir. Paralel olaraq, 2005-ci ildə Bakıda Azərbaycan-Böyük Britaniya Məzunlar Birliyi yaradılmışdır.
Bizim cəmiyyətin əsas məqsədlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü problemi ilə bağlı Britaniya icmasında obyektiv rəyin formalaşdırılmasına dəstək verməkdir.
Londonda yeni fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Mərkəzi İngiltərədə yaşayan azərbaycanlılar üçün bir fəaliyyət məkanına çevrilmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək verdiyi mərkəzin təsisçısı Sevil Aslanovadır.
Bu gün mərkəz Azərbaycan mədəniyyəti ilə bağlı mühüm layihələri reallaşdırmaqla məşğuldur. Mərkəzin nəzdində siyasət, incəsənət, idman və gənclər klubu fəaliyyət göstərir.
Londonda ilk azərbaycan məktəbi olan "Caspian-Xəzri" 29 aprel 2006-cı ildən fəaliyyət göstərir. İkinci bir tədris mərkəzi isə London - Azərbaycan Məktəbidir ki, bu təhsi ocağı da 2017-ci ildə təsis edilib və bu gün fəaliyyətini davam etdirir.
Yuxarıda adları sadalanan təşkilatlar ölkəmizin Böyük Britaniyadakı səfirlilyinin də dəstəyi ilə, mütamadi olaraq Azərbaycanın bayram və digər əlamətdar günlərində xüsusi proqramlarla yerli diaspor cəmiyyətlərinin üzvlərini bir araya toplayırlar. Bir sözlə, qəlbimiz Azərbaycanın nəbzi ilə bir döyünür.
Əfqan ƏFƏNDİZADƏ,
Londondakı Azərbaycan Cəmiyyətinin üzvü
Köhnə versiyamızdan xəbərləri izlə