Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 860; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 9, maddə 1643; 2018, № 10, maddə 2022) 2-ci hissəsinə “Agentliyi” sözündən sonra “hökumət, xüsusi dövlət, mobil xüsusi dövlət və dövlətlərarası hökumət rabitəsinin,” sözləri əlavə edilsin və həmin hissədən “xüsusi dövlət rabitəsinin,” sözləri ­çıxarılsın.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2019-cu il

29 Dekabr 2019 23:18 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə