Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib

Parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın dekabrın 29-da keçirilən iclasında bildirib ki, Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 namizəd müraciət edib.

Məzahir Pənahov qeyd edib ki, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən, 11 nəfəri təşəbbüs qrupları, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb. 159 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb.

Qeyd edək ki, 2020-ci il fevralın 9-da Azərbaycanda  parlament seçkiləri keçiriləcək.

“Xalq qəzeti”

29 Dekabr 2019 15:48 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə