Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,49 faiz artaraq bir bareli 68,16 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,33 faiz artaraq bir bareli 61,43 , Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,23 faiz artaraq bir bareli 70, 23 dollar olub.

Dünya bazarında “qara qızıl”ın qiymətinin artması neft hasil və ixrac edən dövlətlərin milli valyutasına da müsbət təsir göstərib.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti"

27 Dekabr 2019 17:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə