Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir: TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Nazir: TANAP layihəsi Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava bildirib ki, Trans-Anadolu boru kəməri (TANAP) onun ölkəsi üçün böyük əhəmiyyət kəsb edir.

Nazir qeyd edib ki, bu layihə Gürcüstana böyük fayda gətirəcək: "Layihə təkcə ölkəmizin enerji təhlükəsizliyini artıracaq əsrin regional layihəsi olduğu üçün deyil, həm də Gürcüstana böyük fayda gətirəcəyi üçün vacibdir”.

N.Turnavanın sözlərinə görə, əgər bu gün qaz kəməri ilə altı milyard kubmetrdən çox qaz nəql olunursa, kəmərin genişləndirilməsi sayəsində qaz həcmi dörd dəfə artacaq: "Bunun nəticəsində yaxın illərdə tranzit dəhliz qismində əldə edəcəyimiz ödənişlər sözsüz ki, artacaq".

“Xalq qəzeti”

27 Dekabr 2019 14:25 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə