Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq

Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq

2019-cu ilin ikinci yarısında Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusu qazılacaq.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Sonrakı mərhələdə “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında da kəşfiyyat işləri aparılacaq”, - deyə SOCAR-ın prezidenti əlavə edib.

Qeyd edək ki, “Şəfəq-Asiman” bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

21 2018 12:02 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin