Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyətimiz inkişaf yolunda

Mədəniyyətimiz inkişaf yolunda

“Məmnunluq doğuran haldır ki, son 16 ildə ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edib”. Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərlə  görüşündə deyib.

Nazirin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə mədəni həyata da müsbət təsir göstərib.

Ə.Qarayev əlavə edib ki, ümummilli liderin dövlətçilik kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyduğumuz 16 ildə ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində özünü göstərir:

"Ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə qürur hissi keçirməyə bilmirik. Mədəniyyət obyektlərinin, ilk növbədə, kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram sənədlərdən bir qismi ("Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı", "Azərbaycan kinosu 2008-2018-ci illərdə", "Azərbaycan teatrı 2009-2019-cu illərdə") icra olunub, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa-sı, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı: 2014-2020" və s. proqram və layihələrin reallaşdırılması davam etdirilir".

Mədəniyyət naziri bildirib ki, son on altı ilin mədəniyyət salnaməsinə nəzər yetirəndə ölkəmizdə musiqi sahəsinin yüksəliş dövrünü yaşadığını əminliklə söyləyə bilərik. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan musiqisinin inkişafına və təbliğinə misilsiz töhfələr verir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Dekabr 2019 11:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
21 Yanvar 2020 | 13:40
Polad Bülbüloğlu – 75
24 Dekabr 2019 | 14:46
Xalq Bankın mənəvi saxlancı

Köhnə versiyamızdan xəbərləri izlə