Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək

2019-cu ilin fevral ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olmuşdur.

Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə 17 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən sərəncam imzalanmışdır.

Sərəncamın icrası ilə əlaqədar 25 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Dekabr 2019 11:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə