Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,89 faiz artaraq bir bareli 66,60 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə , Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,72 faiz artaraq bir bareli 61,20, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,55 faiz artaraq bir bareli 70,81 dollar olub.

Ekspertlər bildiriblər ki, dünya bazarında “qara qızıl”ın qiymətinin artması OPEC+ dövlətlərin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri və Yaxın Şərqdəki gərgin vəziyyətdir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”  

24 Dekabr 2019 17:57 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə