Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bələdiyyə seçkiləri qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib

Bələdiyyə seçkiləri qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu ilin fevral ayından başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib.

Assosiasiya bələdiyyə seçkilərinin azad, ədalətli, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini təşkil edib.

AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, bununla əlaqədar bu il dekabrın 13-də ictimaiyyətə Aralıq Hesabat təqdim olunub. Hesabatda seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası və AVCİYA haqqında geniş məlumat öz əksini tapıb. Assosiasiya bu il oktyabrın-3-də KİV nümayəndələrinin iştirakı ilə “Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” adlı tədbir, noyabrın 15-də təsdiq edilmiş qrafikə uyğun olaraq regionlarda bələdiyyə seçkiləri ilə bağlı maarifçilik tədbirləri həyata keçirib. Yerli və beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə irəli sürdükləri təklif və tövsiyələri AVCİYA ekspertləri təhlil edərək Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürüblər.

Assosiasiya belə hesab edir ki, seçki ərəfəsi mövcud olan ictimai-siyasi mühit ölkədə azad və şəffaf seçkilərin keçirilməsinə imkan verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Assosiasiya bildirir ki, seçkilər qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf keçirilib.

“Xalq qəzeti”

24 Dekabr 2019 14:05 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə