Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:133) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik və “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması ilə əlaqədar qərara alıram: 
1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018,   № 12  (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012) aşağıdakı dəyişikliklər edilsin: 
1.1. 2-ci hissədən “Talassemiya Mərkəzi  B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu,” sözləri çıxarılsın;
1.2. 3.6-cı bəndə “bu” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.
2. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Talassemiya Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2019) ləğv edilsin. 
3. Bu Fərmanın 2-ci hissəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzi dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2019-cu il

24 Dekabr 2019 01:44 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə