Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə Kəpəz seçki dairələri üzrə 532 nəfər ilk dəfə səs verəcək

Gəncədə Kəpəz seçki dairələri üzrə 532 nəfər ilk dəfə səs verəcək

Gəncə şəhərində bələdiyyə seçkilərində 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsi üzrə 29 açıq, 2 qapalı məntəqə var. DSK üzrə seçici sayı 41 min 568 nəfərdir. Onlardan 2418 nəfəri qapalı məntəqədə səs verirlər.

DSK üzrə 18 yaşı tamam olan 249 nəfər ilk dəfə səs verəcək. Onlardan 4 nəfərinin 18 yaşı elə seçki günü, yəni dekabrın 23-də tamam olur. DSK üzrə ən yaşlı seçici 1916-cı il təvəllüdlü Yəmən Babayevadır.

40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsində DSK sədri İmamyar İsmayılov bildirib ki, dairə üzrə 30 məntəqə var. DSK üzrə seçici sayı 42085 nəfərdir. DSK üzrə 18 yaşı tamam olan 283 nəfər ilk dəfə səs verəcək. Onlardan Bayram Məmmədovun 18 yaşı elə seçki günü tamam olub.

“Xalq qəzeti”

23 Dekabr 2019 14:16 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə