Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb

Bələdiyyə seçkilərinin  şəffaf, azad və əfalətli keçirilmsəsi üçün görülən hazırlıq işləri seçki günü özünü açıq şəkildə büruzə verdi. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, seçici siyahılarının məntəqə seçki komissiyalarında müvafiq yerdən asılması, həmçinin seçki məntəqələrinin lazımı avadanlıqlarla təmin edilməsi  məntəqə seçki komissiyası üzvlərinin işini xeyli asanlaşdırıb.  Müşahidə apardığımız seçki mənmtəqələrində  də bunun şahidi olduq.

Yasamal rayonu üzrə 3 dairə seçki komissiyası və 88 məntəqə seçki komissiyası fəaliyyət gösrətir. Ümumilikdə 30 seçki məntəqəsinə veb-kamera quraşdırılıb. Builki seçkilərdə rayon üzrə 110 min 239 seçici səs verəcək . Seçki prosesini izləyən müşahidəçilər üçün əlverişli şərait yaradılıb. 

Bütövlükdə, seçkilərin milli qanunvericiliyə və müasir beynəlxalq normalara uyğun yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün imkanlardan istifadə edilib. Ötən seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də şəffaflığın təmin olunması məqsədilə barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi  üsulundan istifadə edilir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

23 Dekabr 2019 11:05 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə