Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri AMEA Radiasiya Problemləri İnstitutunda olublar

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri AMEA Radiasiya Problemləri İnstitutunda olublar

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri, Pakistan Atom Enerji Komitəsinin Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun əməkdaşları - Dr. Xalid Mahmud və Dr. Sajjad Haydar AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) olublar.

www.science.gov.az saytı yazır ki, görüşdə əsas məqsəd radiasiya texnologiyalarının imkanlarından istifadə etməklə RPİ-də aparılan elmi-tədqiqat işləri ilə tanışlıq, daxili potensialın öyrənilməsi və əməkdaşlıq imkanlarının müzakirəsi idi.

İnstitutun elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib, burada fəaliyyət göstərən laboratoriyalarla qonaqları tanış edib.

Daha sonra Dr. Xalid Mahmud Pakistan Kənd Təsərrüfatı və Biologiya üzrə Nüvə İnstitutunun elmi-tədqiqat istiqamətləri, qurumda yerinə yetirilən layihələr barədə təqdimatla çıxış edib. Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşları da iştirak ediblər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

21 2018 10:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə