Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 404                                                                                                                         Bakı şəhəri, 19 sentyabr 2018-ci il

“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1135-VQD nömrəli Qanununun tətbiqi və “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 122 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan ­Respublikasının Nazirlər ­Kabineti QƏRARA ALIR:
“İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 3, maddə 168; 2013, № 5, maddə 579) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları” üzrə:
1.1. 1.1-ci bənddə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin;
1.2. Qaydalara Əlavədə - hər iki halda “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Qeydiyyata alınmış inteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması Qaydaları”nın 2-ci hissəsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə