Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbədənkənar parlament seçkilərinə 569 nəfərin namizədliyi təsdiq olunub

Növbədənkənar parlament seçkilərinə 569 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb.

Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədliklərini irəli sürüb.

MSK sədri bildirib ki, müraciət edən şəxslərin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrini götürüb.

 

“Xalq qəzeti” 

21 Dekabr 2019 15:51 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə