Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 405                                                                                                                         Bakı şəhəri, 19 sentyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
“Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1137-VQD nömrəli Qanununun tətbiqi və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 124 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 785; 2009, № 2, maddə 151; 2010, № 2, maddə 151; 2013, № 5, maddə 582; 2017, № 12 (II kitab), maddə 2505) ilə təsdiq edilmiş “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
2. 3.3-cü bənddə “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində” sözləri “Agentlikdə” sözü ilə əvəz edilsin.
3. Qaydalara 1 və 2 nömrəli əlavələrdə “MÜƏLLİF HÜQUQLARI” sözləri “ƏQLİ MÜLKİYYƏT” sözləri ilə, “COPYRIGHT” sözü “INTELLECTUAL PROPERTY” sözləri ilə və “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilsin.
4. Qaydalara 3 və 4 nömrəli əlavələrdə “MÜƏLLİF HÜQUQLARI” sözləri “ƏQLİ MÜLKİYYƏT” sözləri ilə və “COPYRIGHT” sözü “INTELLECTUAL PROPERTY” sözləri ilə əvəz edilsin.

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə