Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” məqaləsinə həsr olunan “dəyirmi masa”

Fəlsəfə İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” məqaləsinə həsr olunan “dəyirmi masa” keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq sözügedən məqalə haqqında iştirakçılara məlumat verib. Bildirib ki, məqalə İlham Əliyev fenomeninin elmi cəhətdən qiymətləndirilməsi baxımından olduqca təqdirəlayiqdir. İ.Həbibbəyli, həmçinin akademik Ramiz Mehdiyevin elmi fəaliyyətinə nəzər salıb, əsərlərindən nümunələr gətirib.
Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə “Akademik Ramiz Mehdiyevin liderlik fəlsəfəsi təlimi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, məqalədə liderlik xüsusiyyətləri, həmçinin azərbaycançılıq ideologiyası iqtisadi, mədəni, siyasi və fəlsəfi baxımdan təhlil edilir.
“Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” əsəri Azərbaycan siyasətşünaslığında yeni istiqamət kimi” mövzusunda məruzə ilə çıxış edən professor Rəna Mirzəzadə isə məqalədə Prezident İlham Əliyevin siyasi portretinin çəkildiyini, yüksək liderlik xüsusiyyətlərinə diqqət yetirildiyini vurğulayıb.
Sonra AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, fəlsəfə üzrə elmlər doktorları – Füzuli Qurbanov, Sakit Hüseynov, Afaq Rüstəmova, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları – Eynulla Mədətli, Hüseyn İbrahimov, siyasi elmlər doktoru Qənirə Paşayeva və siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarov çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.

AZƏRTAC

21 Dekabr 2019 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə