Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Pambıqçılıq Muğana yenidən şan-şöhrət və ruzi-bərəkət gətirib”

Bu il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib. Dövlət başçısının tədbirdəki nitqində, eləcə də digər çıxışlarda səslənən dəyərli fikir və mülahizələr əhalinin ən müxtəlif təbəqələri, xüsusilə bu sahədə çalışan fermerlər tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Dünən Sabirabad rayonuna zəng vurub Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordenli, təcrübəli fermer Fatma Hüseynova ilə əlaqə saxladıq. Məşhur pambıq ustası bu barədə həvəslə danışdı: 

– Sevimli Prezidentimiz İlham Əliyevin müşavirədəki dərin məzmunlu, parlaq çıxışını televiziyadan böyük maraqla izlədim. 
Qeyd etmək lazımdır ki, hələ Sovet İttifaqı dönəmində ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində respublikamızda kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi istiqamətində böyük işlər görülmüşdür. Təsadüfi deyil ki, o illərdə ölkəmiz, o cümlədən bərəkətli Muğan torpağı pambıqçılıq sahəsində yüksək uğurlara görə şan-şöhrət qazanmışdı. Təəssüf ki, sonrakı dövrdə bu mühüm sahəyə diqqət azaldı, məhsul istehsalı kəskin aşağı düşdü. 
Nə yaxşı ki, ulu öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə bu səhənin yenidən dirçəldilməsi üçün mühüm tədbirlər həyata keçirilib. Bu tədbirlər artıq öz real nəticələrini verir. Dövlətimizin başçısı müşavirədə fəxrlə dedi ki, 2019-cu ildə Azərbaycanda pambıq yığımı üzrə rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb. 
Bizim kollektiv də bu il pambıq yığımı sahəsində yaxşı nəticələr qazanıb. Biz pambıq əkini sahələrinin məhsuldarlığını xeyli artırmağa nail olmuşuq. Gələn il üçün daha yüksək hədəflərimiz var. Dövlətimizin bu sahəyə davamlı diqqəti bizi daha yaxşı işləməyə sövq edir. 
Bir məsələni də qeyd etmək istərdim. Pambıqçılığın inkişafı təkcə bizim rayonda minlərlə yeni iş yerinin yaranmasına səbəb olub. Əhalinin gəlirləri xeyli artıb. Sözümün canı budur ki, pambıqçılıq Muğana yenidən şan-şöhrət və ruzi-bərəkət gətirib.

 

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

 

21 Dekabr 2019 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə