Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın qəsbkarlıq siyasəti yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib

2019-cu il dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb. 
Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir. Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib. 
Bu fikirlər Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında öz əksini tapıb. 
Bəyanatda deyilir ki, Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar: “Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruculuq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər. O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq”. 

 

AZƏRTAC

21 Dekabr 2019 00:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə