Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İçərişəhər İSESKO-nun İslam Dünyasının İrsi Siyahısına daxil edilib

Qurumdan bildirilib ki, Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclası keçirilib.

Yekun sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İSESKO-nun İslam Dünyasının  İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.
Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır. Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyasının  İrsi Siyahısına daxil edilmişdir.
Sözsüz ki, bu əhəmiyyətli hadisə ölkə rəhbərliyi tərəfindən milli mədəni irsimizin qorunması və təbliği sahəsində daimi görülən işlərin daha bir nümunəsidir.
Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib. 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

21 Dekabr 2019 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə