Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Energetika naziri Kürdəmirdə, nazir müavinləri Göyçay və Zərdabda vətəndaş qəbulu keçiriblər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, dekabrın 20-də Energetika naziri Pərviz Şahbazov Kürdəmir şəhərində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialının inzibati binasında vətəndaşları qəbul edib. Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Göyçayda, nazir müavini Elnur Soltanov isə Zərdab şəhərində vətəndaşlarla görüşüb. 

Energetika Nazirliyindən bildirilib ki, qəbuldan öncə nazir P.Şahbazov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub və xatirəsini ehtiramla yad ediblər. 
Qəbul zamanı vətəndaşlar enerji təchizatı şəbəkəsinə qoşulma, texniki şərtin alınması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisinə görə yaranmış borc və cərimələr, sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatı, sayğaclaşdırma, enerji təchizatında yaranan fasilələr, təbii qaz təchizatı, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar. 
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbullarda vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Ümumilikdə, qəbullarda Kürdəmir, Ucar, Göyçay, Zərdab və Ağsu rayonlarından gələn 25 vətəndaşın müraciətinə baxılıb.

21 Dekabr 2019 00:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə