Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ naminə danış” layihəsinin təqdimatı

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi ilə hazırlanmış “Qarabağ naminə danış” layihəsinin təqdimatında təşkilatın sədri, beşinci çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqzı son illər ölkədə həyata keçirilən islahatlardan, əhalinin rifahının daha da yüksəlməsindən, respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan söhbət açdı. İslahatların bütün sahələri əhatə etdyini vurğulayan M.İbrahimqızı hazırda ölkəmizdə həyata keçirilən mühüm əhəmiyyətli siyasi kampaniyadan–bələdiyyə seçkilərindən də danışdı.

Qeyd etdi ki, son dövrdə ölkəmizdə keçirilən bütün seçkilər azad, ədalətli və şəffaflığına görə beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Dövlət ­başçısının seçkilərin demokratik şəraitdə keçirilməsi üçün siyasi iradə nümayiş etdirməsi, qəbul olunan qanunvericilik aktlarının ildən-ilə təkmilləşdirilməsi, həmçinin yenilərinin qəbul edilməsi bu istqamətdə əsaslı dönüş yaradıb. Şəffaflığın təmin olunması məqsədilə həyata keçrilən tədbirlər, minə qədər məntəqə seçki komissiyasında veb- kamera quraşdırılması beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.
 M.İbrahimqızı həm bələdiyyə, həm də gələn il fevralın 9-da keçiriləcək parlament sekilərinin demokratik şəraitdə başa çatacağını bildirdi.
Sonra “Qarabağ naminə danış” layihəsinin təqdimatı oldu. YAP Nəsimi rayon təşkilatı tərəfindən hazırlanmış videoçarxın nümayişində diqqət çəkən əsas məqamlardan biri Prezdent İlham Əliyevin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələri bir daha diqqətə çatdırması və Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda XVI illik iclasındakı çıxışı oldu. Dövlətimizin başçısının həmin çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır – nida işarəsi” – deyimindən sonra münaqişəyə dünya ictimaiyyətinin də münasibəti dəyişib. 
Qeyd edildi ki, hazırda ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı beynəlxalq hüququn bütün normativ sənədlərində öz əksini tapıb. Bu, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təntənəsidir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq, dünya birliyində öz yerini və rolunu artırır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. 
2019- cu ilin yadda qalan hadisələlərlə zəngin olduğunu deyən M. İbrahimqızı bildirdi ki, dövlətimizin başçısının qətiyyətlə dediyi “Qarabağ Azərbaycandır – nida işarəsi” fikri hər bir azərbaycanlının həyat devizinə çevrilib. Bu deviz altında müxtəlif tədbirlərin təşkil olunduğunu deyən M.İbrahimqızı YAP Nəsimi rayon təşkilatı tərəfindən də rayon ərazisindəki ali təhsil müəssisələrində bu mövzuda inşa yazı müsabiqəsi keçirildiyini bildirdi: “Müsabiqədə 3 mindən çox tələbə iştirak edib. İştirakçıların çoxluğu nəzərə alınaraq qalibləri müəyyənləşdirmək üçün təşkilat komitəsi yaradıldı. Qərara alındı ki, birinci yerin qaliblərinə YAP Nəsimi rayon təşkilatının təsis etdiyi təqaüd verilsin”.
Sonra inşa yazı müsabiqəsinin qaliblərinə diplomlar və fəxri fərmanlar təqdim edildi. 

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

20 Dekabr 2019 23:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə