Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi şimal bölgəsində vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dekabrın 20-də Qusar şəhərində vətəndaşları qəbul edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Həmin gün Fövqəladə Hallar nazirinin müavinləri Rəfail Mirzəyev Qubada, Etibar Mirzəyev isə Xaçmazda vətəndaşların müraciətlərini dinləyib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

20 Dekabr 2019 23:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə