Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alınıb

“ASAN xidmət”ə 35 milyonuncu vətəndaşın müraciəti qeydə alınıb. AZƏRTAC xəbər verir ki, həmin müraciət 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Ziya İslamov və Leyla İslamova tərəfindən edilib. Onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətindən yararlanıblar.

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslamovlar ailəsini bu münasibətlə təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırıb.
 Hazırda ölkədə 16 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bundan başqa, regionlarda 10 “ASAN xidmət” avtobusu və “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
 Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN kommunal” mərkəzi fəaliyyətdədir.

 

20 Dekabr 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə