Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrailli professor xərçəngə qarşı vasitə yaradıb

İsrailli professor xərçəngə qarşı vasitə yaradıb

Tel-Əviv Universitetinin tibb fakültəsinin professoru Malka Koen-Armon mədəaltı vəzinin xərçəngi ilə mübarizə aparacaq məhlulu kəşf etdiyini bəyan edib. 

“Bizim araşdırma qrupumuz PJ34 molekulunun siçanlara təsirinin yoxlanılmasını bitirib”, - deyə professor qeyd edib. 

“RİA Novosti” xəbər verir ki, professor alınan nəticələrin möhtəşəm olduğunu bildirib.

“Müalicəni bir aylıq dayandırdıqdan sonra nə baş verdiyini yoxladıq. Gistologiya nəticələri xərçəng hüceyrələrinin 90%-nin yox olduğunu göstərib”, - deyə M.Koen-Armon əlavə edib. 

Mütəxəssislər şişin tam yox olmadığını bildirir, çünki məhz mədəaltı vəzi xərçəngi zamanı şişin yarısı xərçəng hüceyrələrinin inkişaf etməsinə kömək edən sağlam hüceyrələrdən ibarət olur.
Nəticədə, Tel-Əviv Universitetinin alimləri PJ34 molekullarının məhz xərçəng hüceyrələrini öldürdüyünü və sağlam hüceyrələrə toxunmadığını müəyyən ediblər. 

“Bu zaman xərçəng hüceyrələrində nə baş verir? Bu balaca PJ34 molekulu onların içində özünü məhvetmə mexanizmini işə salır. Bu yalnız bədxassəli hüceyrələri əhatə edir. Əgər hüceyrə sağlamdırsa, molekul ona heç bir xətər yetirmir.

Başqa sözlə, biz xərçəng və sağlam hüceyrələrlə bağlı fərqli işləyən mexanizm kəşf etmişik. Buna bu balaca molekul səbəb olub. Biz onun mövcud olmasından xəbərsiz idik”, - deyə Koen-Armon vurğulayıb.

Elşən AĞALAR,
“Xalq qəzeti”

20 Dekabr 2019 12:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə