Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

RDM Buzovna qəsəbəsində müayinə kampaniyası keçirib

Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında müayinə kampaniyası keçirilib. Bu kampaniya sayəsində Mərdəkan, Binə və Buzovna qəsəbələrindən olan 150-yə yaxın sakin Respublika Diaqnostika Mərkəzinin təcrübəli həkimləri tərəfindən müayinə olunublar.

Kampaniya çərçivəsində müayinə olunan xeyli sayda insana müraciət etdiyi problemə əsasən nevropatoloq, pediatr, kardioloq, ginekoloq və ultrasəs müayinə mütəxəssisi tərəfindən ilkin diaqnoz qoyulub.

Kampaniyanı “RDM ilə sağlam yaşama vərdiş et!” şüarı ilə reallaşdıran Respublika Diaqnostika Mərkəzinin tibbi personalı beynəlxalq səviyyədə əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin təcrübəyə malik heyətdən ibarətdir.

Respublika Diaqnostika Mərkəzi bu tip aksiyaları davamlı olaraq həyata keçirəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2019 11:44 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə