Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MNX-nın həkimləri “Sağlam ürək” aksiyası keçiriblər

MNX-nın həkimləri “Sağlam ürək” aksiyası keçiriblər

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri şöbəsinin həkim kollektivi Lənkəranda “Sağlam ürək” aksiyası keçiriblər. Aksiyanın keçirilməsində məqsəd regionlarda yaşayan vətəndaşların müayinəsi, xəstəliyinin vaxtında aşkarlanması və müalicəsidir.

Rayon Mərkəzi Xəstəxanasında baş tutan aksiya zamanı ürək və damar xəstəliklərindən əziyyət çəkən rayon sakinləri  aksiyada müayinə olunublar.

Aksiya zamanı 100-dən çox xəstə müayinə olunub. Xəstələrdə EKQ, exokardioqramma müayinələri aparılıb. Aşkarlanan xəstəliklərə görə müalicə və məsləhətlər verilib.

Ağır ürək xəstəliyi aşkar olunan vətəndaşlar mərkəzə dəvət olunublar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Dekabr 2019 11:42 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə