• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov sentyabrın 20-də Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan parlamentinin yaranması tarixi və inkişafı barədə qonaqlara ətraflı məlumat verib. Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bir çox dövlətlərlə, eləcə də Hindistanla yaxşı əlaqələrə malikdir. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir.
Hindistan parlamentinin deputatı Kambadahally Hanumappa Muniyappa Azərbaycan xalqını Cümhuriyyətin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. O, Hindistan parlamentinin tarixi və fəaliyyəti barədə məlumat verib. 
Qonaq Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin təqdirəlayiq olduğunu qeyd edib. Deputat deyib ki, Hindistan Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır. İki ölkə arasında bir çox sahələrdə, xüsusilə səhiyyə, enerji və biznes sahələrində yaxşı əməkdaşlıq var.

21 2018 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin