Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Flaminqo görmək istəyənləri milli parklara dəvət edirik

Göz oxşayan füsünkar gözəlliklərdən həzz almaq, nadir quşları müşahidə etmək, istirahətinizi  təbiət qoynunda keçirmək istəyirsinizsə qış tətili günlərində milli parklarımıza səyahət edin.

Azərbaycana əsasən qışlamağa gələn nadir quş növlərini görmək istəyən bütün təbiətsevərləri milli parklara dəvət edirik.

Siz Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarına səyahət etməklə nadir quş növlərindən olan flaminqo, çəhrayı turan, yaşılbaş ördək, soltanquş, ağqaş qaz, göydimdik ördək, fısıldayan qu, qızılqaz, qıvrımmələk qu kimi quşları müşahidə edə bilərsiniz. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər il Azərbaycana qışlamaq üçün orta hesabla 1-1,5 milyona yaxın quş növü gəlir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

19 Dekabr 2019 17:40 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə