Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda sərnişinlərin ən çox istifadə etdiyi nəqliyyat vasitələri

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 856,2 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-noyabr ayları ərzində 3,7 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 35,2 faiz artaraq 19,6 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 636,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 2,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,0 faiz artaraq 213,9 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 503,2 min və ya 12,1 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Xalq qəzeti”

19 Dekabr 2019 12:43 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə