Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət işçiləri üçün növbəti metodiki vəsaitlər çapdan çıxıb

Mədəniyyət siyasətinin prioritetlərini, habelə Mərkəzin strateji fəaliyyət istiqametlərini nəzərə alaraq, müxtəlif mövzuları əhatə edən növbəti metodiki vəsait çapdan çıxmışdır.

Onların arasında Nurəddin Babazadənin müəllifi olduğu "Qrant layihələrinin yazma qaydaları", Məhbubə Əbilovanın müəllifi olduğu "Müasir fondların təşkili qaydaları - komplektləşdirmə işi", Pərvanə Hüseynovanın müəllifi olduğu "Mədəniyyət müəssisələrinin təbliği və təşviqində informasiya-kommunikasiya texnologiyalarının rolu" adlı növbəti metodiki vəsaitləri işıq üzü görüb.

"Qrant layihələrinin yazma qaydaları" təşəbbüskar gənclər üçün əlavə gəlir mənbəyi" adlı vəsaitdə donor təşkilatlara müraciətlərin qayda və prinsipləri ilə tanış olmaq olar. "Müasir fondların təşkili qaydaları - komplektləşdirmə işi" adlı vəsaitdə toplama işinin metodları, muzey toplanma işinin məzmunu və formaları, fondların komplektləşdirilməsinin elmi-tədqiqat xarakteri haqqında məlumatlar verilir. "Mədəniyyət müəssisələrinin təbliği və təşviqində informasiya-kommunikasiya texnologiyalarının rolu", adlı metodiki vəsaitdə mədəniyyət sahələrini əhatə edən müəssisələrin İKT ilə tam şəkildə təmin edilməsi, istifadəsinin təkmilləşdirilməsi və mədəniyyətin inkişafı tövsiyə olunur.

Vəsaitlər mədəniyyət müəssisələri, mədəniyyət və incəsənət işçiləri, eyni zamanda teatrsevər geniş oxusu kütləsi ücün nəzərdə tutulmuşdur. Onların Bakıda və regionlarda təqdimatının aparılması da planlaşdırılır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Dekabr 2019 11:45 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə