Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 481 Bakı şəhəri, 17 dekabr 2019-cu il
 
“Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 avqust tarixli 360 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mediasiya xərclərinin  dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 avqust tarixli 360 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1465) aşağıdakı dəyişikliklər edilsin:
1. İkinci abzas 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin:
“2. Bu Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.”.
2. Həmin Qərarla təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası” üzrə:
2.1. 1.1-ci bənddə “mediasiya xərclərinin” sözləri “xərclərin” sözü ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:
“1.3. Bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir.”;
2.3. 2.1-ci bəndə “dövlət büdcəsində” sözlərindən əvvəl “(“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin birinci cümləsinə əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
2.4. 2.2-ci bənd ləğv edilsin;
2.5. 2.3-cü bənddən “və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış” sözləri çıxarılsın və həmin bənddə “təqdim etdiyi müvafiq təsdiqedici” sözləri “bu Qaydanın 2.4-cü bəndinə uyğun olaraq təqdim etdiyi” sözləri ilə əvəz edilsin;
2.6. aşağıdakı məzmunda 2.4.3-1-ci yarımbənd əlavə edilsin:
“2.4.3-1. ilkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərlə bağlı təsdiqedici sənədlər;”;
2.7. 2.6-cı bənddə “Qanunun” sözü “Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilsin;
2.8. 2.7-ci bənddə “baxır” sözü “baxaraq, bu Qaydanın 2.9-cu və 2.10-cu bəndlərində nəzərdə tutulmuş tədbirləri görür” sözləri ilə əvəz edilsin;
2.9. 2.8-ci bəndin birinci cümləsinə “5” rəqəmindən əvvəl “müraciətin daxil olduğu gündən” sözləri əlavə edilsin, ikinci cümləsinə “müddətində” sözündən sonra “(bu müddət bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş müddətə daxil edilmir)” sözləri əlavə edilsin;
2.10. 2.10-cu bənddən “5 (beş) iş günü müddətində” rəqəm və sözləri çıxarılsın;
2.11. 2.10.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“2.10.1. təqdim olunan sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu Qaydanın 2.8-ci bəndinə uyğun olaraq aradan qaldırılmadıqda;”.
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə