Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 480 Bakı şəhəri, 17 dekabr 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1998-ci il 15 aprel tarixli 77 nömrəli, “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamənin təsdiq edilməsi haqqında” 2002-ci il 18 aprel tarixli 69 nömrəli “Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 23 fevral tarixli 39 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik və “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” 2001-ci il 24 avqust tarixli 140 nömrəli Qərarının ləğv edilməsi barədə
“Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləş-dirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan  Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 8.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 285; 2002, № 8, maddə 545, № 10, maddə 649; 2009, № 4, maddə 282; 2014, № 2, maddə 201; 2016,       № 5, maddə 955) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında Əsasnamə”nin 4.6-cı bəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211; 2003, № 6, maddə 342; 2004, № 4, maddə 286; 2005, № 11, maddə 1076; 2006, № 5, maddə 463; 2009, № 4, maddə 282, № 10, maddə 846; 2010, № 11, maddə 1040; 2016,     № 6, maddə 1198, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 3.1.2-ci yarımbəndində “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 fevral tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 198; 2009, № 4, maddə 282) ilə təsdiq edilmiş “Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları”nın 1.1-ci və 3.6-cı bəndlərində ismin müvafiq hallarında “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; 2019, № 1, maddə 159, № 3, maddələr 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 7.1-ci bənddə “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi” sözləri ilə əvəz edilsin;
4.2. 7.2-ci bənd ləğv edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10 maddələr 2142, 2161; 2019, № 1, maddə 160, № 3, maddələr 529, 563, 565, № 4, maddə 743, № 5, maddələr 944, 972) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi” sözləri “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi” sözləri ilə əvəz edilsin;
5.2. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti” sözləri çıxarılsın.
6. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 avqust tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 563; 2006, № 5, maddə 463; 2018, № 9, maddə 1938) ləğv edilsin.
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə