Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 479 Bakı şəhəri, 17 dekabr 2019-cu il
 
“Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında
 
“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Aqrar sığorta predmetinin Tərkibi” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 17 dekabr

tarixli 479 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Aqrar sığorta predmetinin

 

TƏRKİBİ

 

  1. Aqrar sığortanın predmetinə aşağıdakılar daxildir:
    1. kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə:
      1. buğda;
      2. arpa;
      3. qarğıdalı;
      4. kartof
      5. şəkər çuğunduru;
      6. portağal;
      7. limon;
      8. naringi;
      9. çay;
      10. çəltik;
      11. tütün;
      12. üzüm;
      13. fındıq;
      14. pambıq;
    2.  kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə:
      1. 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar;
    3.  akvakultura məhsulu üzrə:
      1. balıqlar.
  2. Hər il üçün sığorta məhsulları bu siyahının 1-ci hissəsində göstərilən predmetlərdən müəyyən edilərək, həmin il yanvarın 15-dək Aqrar Sığorta Fondu tərəfindən rəsmi elan edilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə