Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsi Rəyasət Heyətinin iclası

Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsi Rəyasət Heyətinin iclası

Elmi İnkişaf üzrə Beynəlxalq Şura - Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) iclası olmuşdur. İclası giriş sözü ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB)  рrеzidenti,  BEA akademiki, gеолоgiya-мineralogiya elmləri doktoru, professor Elçin Хəлилов açmışdır.

BEA-nın “Sərhədsiz Elm.Elmi məruzələr “ kitabının 5-ci nəşri (İngilis dilində) ilə əlaqədar  məsələyə baxılmış və onun I hissəsinin   2019-cu ilin sonunda və II hissəsinin 2020-ci ilin əvvəlində çap olunması qərara alınmışdır.

BEA AB-nin akademiki seçilmiş professor, tibb elmləri doktoru, Azərbaycan Respublikası Səhiyyə  Nazirliyi Elmi Tədqiqat  “Mamalıq və Ginekologiya” İnstitutunun direktoru, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” Assosasiyasının prezidenti, “Müasir Ginekologiya və Perinatologiyanın aktual məsələləri” Elmi jurnalının baş redaktoru, Oksford Akademik Birliyi və Beynəlxalq  Sokrates Komitəsinin  “Name in Science” Mükafatının laureatı Cəmilə Qurbanovaya, BEA AB-nin müxbir üzvləri seçilmiş  tibb üzrə fəlsəfə doktoru, Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitutunun elmi işçisi, ABŞ-da İnternational İnfection Diseases (ISID) təşkilatının üzvü, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” Assosasiyasının neonatologiya üzrə eksperti, “Müasir Ginekologiya Və Perinatologiyanın aktual məsələləri” jurnalının elmi redaktoru Samayə Əlizadəyə, tibb üzrə fəlsəfə doktoru, Elmi Tıdqiqat “Mamalıq və Ginekologiya” İnstitutunun elmi işçisi, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” Assosasiyasının (ABŞ) və Beynəlxalq İnkişaf və Tolerantlıq Assosasiyasının (Yaponiya) üzvü Səadət Hüseynovaya doplomlar təqdim olunmuşdur.

Sonra  BEA AB-nin yeni həqiqi üzvlərinin (akademiklərin) seçilməsi məsələsinə baxılmışdır. İqtisad  elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Ədalət Muradov, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan Dövlət Tibb Universitetin prorektoru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü Sabir Əliyev, geologiya-minerologiya elmləri doktoru, dosent, Azərbaycan Dövlət Heft və Sənaye Universitetinin prorektoru Rauf Əliyarov, tibb elmləri doktoru, professor, M. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, iqtisad elmləri doktoru, professor, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev, xaricdə yaşayan Azərbycan alimi, hüquq elmləri doktoru, Malmo Universitetinin dosenti (İsveç), Land Universitetinin Hüquq fakültəsinin, İnsan Hüquqları və Humanitar Hüquqlar Raul Vellenberq İnstitutunun  tədqiqatçısı, Amxirst Təhlükəsislik İnstitutunun üzvü (ABŞ) Kamal Makili-Əliyev BEA AB-nin həqiqi üzvləri seçilmişlər.

İclasda BEA AB-nin Fəxri üzvləri seçilmişdir. ”Azərbaycanım” Beynəlxalq jurnalının baş redaktoru,”Sərhədsiz elm” Dünya Elmi Əməkdaşlıq Təşkilatının Mətduat xidmətinin rəhbərinin müavini (Almaniya, Münxen), ”Qızıl qələm” Media, ”İlin jurnalisti” mükafatlarının laureatı Emil Nəsirli, tanınmış bioqrafiyaşünas-publisist, Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru, “Qızıl qələm” mükafatı laureatı, Ümumdünya Bioqrafiyalar Assambleyasının  həqiqi üzvü Fikrət Nağıyev BEA AB-nin Fəxri üzvləri seçilmişlər.Fikrət Nağıyevə BEA AB-nin “Qızıl döş nişanı” təqdim edilmişdir.

“Ensiklopediya”. Üçüncü minilliyin görkəmli Azərbaycan alimləri.1-ci cildinin nəşri (Azərbaycan, İngilis dillərində) barəsində müzakirə keçirilmişdir.

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

18 Dekabr 2019 12:05 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə