Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Qubada “Soyqırımı Memorial Kompleksi”ni 83 mindən artıq qonaq ziyarət edib

Bu il Qubada  “Soyqımı Memorial Kompleksi”ni 83 mindən artıq adam  ziyarət edib. Bu barədə muzeyin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ziyarətçilərdən 20 minə yaxını xarici vətəndaşlar olub ki, bunlar da əsasən ölkəmizdə fəaliyyət göstərən rəsmi diplomatic nümayəndəliklər, Azərbaycana səfərə gəlmiş qonaqlar və eləcə də  xarici turistlərdir.

İl ərzində  “Soyqırımı Memorial Kompleksi”nin kollektivi fəaliyyətlərinə görə,  Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib, müxtəlif tədbirlərdə iştirak etməklə yanaşı, özləri də müxtəlif tədbirlərə evsahibliyi edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də  Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə  Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin müvafiq sərəncamı ilə Mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

Sentyabrın 13-14-ü  keçirilmiş  "Tarixi Yerlər və Abidələr"  I Beynəlxalq Quba Simpoziumunda Kompleksin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri Lətafət Beybutova, aparıcı mütəxəssisi Nazilə Məmmədova, bələdçi Ülkər Zeynalova elmi məqalələr ilə çıxış etmişlər. Uğurlu çıxışları ilə fərqlənən Kompleks əməkdaşları sonda sertifikatlara layiq görülmüşlər. İl ərzində kompleks rəhbərliyinin təşəbbüsü ilə həmçinin maarifləndirici tədbirlər də həyata keçirilib. Bu il “Soyqımı Memorial Kompleksi”ni  ziyarət edənlər arasında  VIII Beynelxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi,  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və  C Naxçıvanski adına hərbi liseyin müdavimləri , eləcə də ABŞ-ın yəhudi ve yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti, ABŞ, Özbəkistan və digər ölkələrin media nümayəndələri və digər qonaqlar olub.

 Qeyd edək ki,   Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təşkil olunub  və kompleksin 2013-cü ildə rəsmi açılış mərasimi keçirilib.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

17 Dekabr 2019 17:42 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə