Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı peyvənd tətbiqi xidməti həyata keçirilir

Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan Vaxigrip peyvəndinin tətbiqi xidməti uğurla həyata keçirilir.Qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir.

Vaxigrip - böyüklər üçün qripin profilaktikası üçün vurulan peyvənddir. Vaxigrip vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.

Vaxigrip peyvəndinin tətbiqi ilə bağlı ətraflı məlumat üçün (012) 404 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

Dilarə Zamanova,
Planlaşdırma və Marketinq şöbəsi,
PR üzrə mütəxəssis

17 Dekabr 2019 14:15 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə